Accessibility links

Astronavtlar fəzada gəzintiyə çıxıb


Diskaveri fəza gəmisindəki iki astronavt kosmosda planlaşdırılan üç gəzintidən birini etmək üçün Beynəlxalq kosmik stansiyadan ayrılıb.

Britaniyalı astronavt Pirs Sellers və onun Amerikalı həmkarı Mayk Fossum şattlın təmirini simulyasiya edəcək və gəminin robot qollarını sınaqdan keçirəcəklər. Fəzada gəzintinin 6 saat yarım sürəcəyi bildirilir.

Astronavtlar Yerdəki nəzarət mərkəzi ilə son rabitə sessiyası zamanı bazar günü hansı futbol komandalarının Dünya kuboku uğrunda finala çıxacağını soruşub.

XS
SM
MD
LG