Accessibility links

Hindistan uzun mənzilli nüvə imkanlı ballistik raketi sınaqdan keçirib


“Aqni-3” adlı raketin mənzili 3 min kilometrdən artıqdır. Hindistan rəsmiləri raketin sınaqdan uğurla keçdiyini deyib. Hindistan son illərdə bir sıra belə sınaqlar keçirib. Bu ölkənin arsenalına adi və nüvə baçlıqlı qısa və orta mənzilli raketlər daxildir ki, onlar Pakistan şəhərlərinə gedib çata bilər. Aqni –3 raketləri isə Çinin mərkəzindəki şəhərlərə qədər gedib uça bilir. Lakin hind rəsmiləri keçirilən sınaqların heç bir ölkəyə qarşı yönəlmədiyini deyir.
XS
SM
MD
LG