Accessibility links

Senator Makkeyn ABŞ-la Rusiyanın nüvə əməkdaşlığının əleyhinədir


ABŞ Senatoru Con Makkeyn Birləşmiş Ştatlarla Rusiya arasında mülki nüvə əməkdaşlığı perpspektivindən narahatçılığını izhar etmişdir. Makkeyn CBS telekanalına müsahibəsində deyib ki, o, bu razılığıa şübhə ilə yanaşır, belə ki, saziş Amerikadan çox Rusiyaya mənfəət gətirəcək. Onun dediyinə görə öz ölkəsində medianı əzən və avtokratik siyasət aparan Rusiyanı hansısa əməkdaşlıqla mükafatlandırmaq səhv olardı. Prezident Buş və onun Rusiyalı həmkarı Vladimir Putin nüvə əməkdaşlığı məsələsini qarşıdan gələn Səkkizlər sammiti zamanı müzakirə edəcəklər. Qeyd edək ki, ABŞ liderləri uzun müddət Rusiya ilə mülki nüvə əməkdaşlığına müqavimət göstərərək Moskvadan İranla əməkdaşlığa son qoymağı tələb ediblər. Nüvə əməkdaşlığı ilə bağlı hər hansı razılığı iki ölkənin qanunvericiləri təsdiq etməlidirlər.
XS
SM
MD
LG