Accessibility links

Barmek Azərbaycan hökumətindən beynəlxalq qurumlara şikayət edib


Iyul ayının 3-dən etibarən Barmek-Azərbaycan şirkəti öz fəaliyyətini dayandırdığı barədə məlumat verib. İyulun 5-də İqtisadi İnkişaf Nazirliyi Barmekin bütün varidatına və bank hesablarına həbs qoyub, iyulun yeddisində isə İqtisad Məhkəməsi şirkətin Azərenerji Səhmdar Cəmiyyətinə 92 milyon dollar cərimə ödəməli olduğu barədə qərar çıxarıb.

Barmek-Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul xidmətimizə verdiyi müsahibədə şirkətin problemlərinin kökünün 2005-ci ilə - Barmekin villa sahiblərini işıq pulu verməyə məcbur etmə kampaniyasına başladığı vaxta təsadüf edir.

Konkret adlar çəkməsə də Hüseyn Arabul problemin kökündə əsasən məmurlardan ibarət villa və tikinti şirkətləri rəhbərlərinin durduğuna inanır.

Barmek Dünya Bankının nəzdində investisiyalarla bağlı mübahisələrin çözülməsi ilə məşğul olan mərkəzə İCSİD –yə müraciət etdiyini deyib. O Azərbaycan hökumətini beynəlxalq qalmaqal başlamamış, məsələni uzlaşma yolu ilə çözməyə çağırır.

Xatırladaq ki, 2001-ci ilin sonunda Bakı elektrik şəbəkəsinin idarə olunması uğrunda tenderdə Almaniyanın Siemens şirkəti qalib gəlmişdi. Lakin Barmekdən 3 dəfə artıq investisiya təklif edən almanların müqavilədən müəmmalı səbəblər ucbatından imtina etməsindən sonra müqavilə Hüseyn Arabulun başçılıq etdiyi şirkətlə bağlanmışdı.

Amma 5 il bundan öncə hansı şərtlərin kəsilməsindən asılı olmayaraq, Barmek ilə Azərbaycan Respublikası arasında beynəlxalq arbitraj qaydalarına istinad edən müqavilə var. Türk şirkəti Azərbaycan hökumətindən həmin sənədə hörmətlə yanaşmağı tələb edir. Hələliksə, Azərbaycanın paytaxtının və ikinci sənaye şəhərinin elektriklə təchizatının taleyi sual altındadır. (Müsahibənin tam mətnini bugünkü radio proqramda dinləyin)

XS
SM
MD
LG