Accessibility links

İran nüvə texnologiyasından əl çəkmək istəmir


Iran prezidenti Mahmud Əhmədinecat dünyanın lider ölkələrinin məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq haqqında qərarına baxmayaraq, öz ölkəsinin sülh məramlı nüvə texnologiyasından əl çəkməyəcəyini deyib. Bu gün Cənab Əhmədinecad İranın BMT nüvə təftişçiləri ilə əməkdaşlığını və Nüvə solahlarının yayılmaması barədə razılaşmaya sadiqliyi məsələsini yenidən nəzərdən keçirə biləcəyini deyib. Almaniyanın kansleri Angela Merkellə məsləhətləşmələrdən sonra Birləşmiş Ştatların prezidenti Corc Buş bu məsələdə dünya dövlətlərinin yekdil olmasının vacibliyini qeyd edib. Merkel isə Tehranın cavab vermədiyi təqdirdə başqa addımların atılmalı olduğunu bildirib.
XS
SM
MD
LG