Accessibility links

Neftin qiyməti rekord həddə çatıb


Yaxın Şərqdə münaqişənin dərinləşməsi, eləcə də İran və Nigeriyada gərginliyin artması Nyu York və London birjalarında neftin qiymətini record həddə çatdırıb. Bu gün Nyu Yorkdakı hərracda gələcək təchizat üçün neftin barrelinin qiyməti 76 dollar 40 sent olub. Qiymət artımı İsrailin Livanın ərazisində Hizbullah yaraqlı qruplarına qarşı hücumlarından sonra baş verib. Dilerlər İranın nüvə prqoramı ilə əlaqədar sərt mövqeyinin vı Nigeriyanın iki neft kəmərində partlayışların da bazara təsir etdiyini deyir. Əsas və qarşısıalınmayacaq səbəb isə gündən günə artan tələbatı azalan neft resurslarının ödəməməsidir.
XS
SM
MD
LG