Accessibility links

ATƏT Belarus müxalifət liderinə oxunan hökmdən narazıdır


Belçikanın Xarici işlər naziri Karel De Quxt Belarusda məhkəmənin müxalifət lideri Aleksandr Kozuliyə beş il yarım həbs cəzası verməsini tənqid edib. Cənab De Quxt məhkəmə prosesindən narahat olduğunu söyləyib. Belçika Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Təşkilatın növbəti sədrliyini yerinə yetirir.

Müxalifətin seçkilərdə baş vermiş qanun pozuntularına etiraz olaraq Mart ayında təşkil etdiyi kütləvi nümayişlərlə əlaqədar keçirilən məhkəmə prosesində cənab Kozuli haqqında hökm dünən oxunub. Məhkəmə onun asayişi pozmaq üçün təxribatçılıq və xuliqanlıq etdiyi qərarına qəlib.

De Quxt cəzanın sərt olduğunu, Belarus hökumətinin ATƏT-in çağırışlarına əhəmmiyyət vermədiyini söyləyib. O, məhkəmə qərarının ləğvinə və Apellyasiya məhkəməsinin qərarına qədər Aleksandr Kozulinin evə buraxılacağına ümid etdiyini deyib.

ABŞ Dövlət Departamenti də məhkəmənin qərarını tənqid edərək, cənab Kozulinin işinin siyasi səbəblərə əsaslandığını bildirib.

XS
SM
MD
LG