Accessibility links

Corc Buş Sankt-Peterburqdadır


ABŞ prezidenti Corc Buş Böyük səkkizlərin sammitində iştirak etmək məqsədi ilə hazırda Sankt-Peterburqdadır.

ABŞ prezidenti ilə birinci xanım Lora Buş Leninqradın müdafiəsi uğrunda həlak olan əsgərlərin şərəfinə salınan abidəni ziyarət edib. Corc Buş Rusiyanın insan hüquqları müdafiəçiləri ilə də görüşlər keçirib. ABŞ prezidenti Rusiyada insan hüquqları, mətbuat azadlığı və demokratiya vəziyyətinə dair narahatlığını bildirib.

ABŞ və Rusiyanın dövlət başçıları bu gün təşkil edilən görüş zamanı Şimali Koreya və İranın nüvə, habelə Yaxın Şərq böhranı kimi məsələri müzakirə ediblər.

XS
SM
MD
LG