Accessibility links

Böyük səkkizlik görüşündə Buşun mikrofon qalmaqalı


Bazar günü Böyük səkkizlik liderlərinin nahar yeməyi zamanı mikrofonların işləməsindən xəbərsiz olan ABŞ prezidenti Yaxın Şərq münaqişəsi barədə danışarkən söyüş işlədib.

Böyük Britaniyanın baş naziri Toni Bleyerlə təkbətək danışdığını düşünən cənab Buşun Hizbullahın İsrailə hücumları barədə danışarkən işlətdiyi söyüşləri hamı eşidib.

Birləşmiş Ştatların prezidenti bu söhbət zamanı Yaxın Şərqdə yaranmış krizisi həll etmək istiqamətində səylərin bir hissəsi kimi dövlət katibi Kondoliza Raysı münaqişə zonasına göndərmək istədiyini deyib. Baş nazir Bleyer bu fikirlə razılaşıb, amma əlavə edib ki, həmin səfərə yaxşı hazırlaşmaq lazımdır və Kondoliza Rays Yaxın Şərqə sadəcə söhbət etmək üçün getməməlidir.

Prezident Buşun sözlərinə görə, zorakılıq o zaman bitəcək ki, kimsə Suriyanı Hizbullahı bu işlərdən çəkindirməyin vacibliyinə inandırsın. Elə bu sözləri deyərkən president Buş söyüşlərdən istifadə edib.

XS
SM
MD
LG