Accessibility links

İsrail təyyarələri bombardmanı davam edir


İsrailin hərbi təyyarələri Hizbullahın istehkamları olan obyektləri hədəfə alaraq bu gün Beyrut ətrafındakı ərziləri, həbelə, Livanın cənub və şərq bölgələrini bombardman edib. Livan sərhədində Hizbullah yaraqlıları ilə İsrail əsgərləri arasında toqquşmalar nəticəsində 55-dən çox adam həlak olub.

Livan rəsmiləri deyirlər ki, İsrail hərbi təyyarəsinin Tir liman şəhər yaxınlığında bir kəndə hücumu nəticəsində azı 12 nəfər həlak olub. İsrail isə Hizbullahın istehkamını bombardman etdiyini bildirir. İsrailin hərbi təyyarələri Beyrutun ətrafında xristianların yaşadıqları məntəqəni də bombardman ediblər.

Livan sərhədinin yaxınlığında bir İsrail generalı deyib ki, piyada qüvvələr Hizbullahın postlarına hücumlarını artırıblar. İsrail rəsmiləri əməliyyatda iki əsgərin həlak olduğunu bildirirlər. Hizbullahın yaraqlıları bu gün də İsrailin liman şəhəri Hayfaya bir neçə raket atıblar. İsrail mətbuatının yazdığına görə, əməliyyat zamanı xəsarət alan olmayıb.

XS
SM
MD
LG