Yaxın Şərqdə vüsət alan zorakılqılara baxmayaraq, 230 amerikalı yəhudi bu həftə Nyu Yorkdan İsrailə yola düşüb. Con F Kennedi hava limanından yola düşən bu insanlar yahudi icması arasında yaşamağa üstünlük verirlər. Aliya adı ilə tanınan yahudi repotriasiya proqramı daha artıq yəhudinin İsrailə cəlb edilməsi məqsədi daşıyır. Bu yay minə yaxın amerikalı və birtaniyalı yəhudinin İsrailə mühacirət edəcəyi gözlənilir.
Con F Kennedi hava limanında təşkil edilən vida mərasimində iştirak edən İsrailin Nyu Yorkdakı baş konsulu Arye Mekel amerikalı yəhudilərin mühacirətini onların Israilə etimad və dəstəklərinin təcəssümü kimi qiymətləndirib. Eyni zamanda Manhettendə keçirilən mətbuat konfransında İsrailin Amerika Birləşmiş Ştatlardakı səfiri Daniel Ayalon Avropa Birliyinin İsrailin hədsiz dərəcədə gücdən istifadə etdiyinə dair ittihamlarını rədd edərək deyib ki, Hizbullahın hücumları qeyri-proporsionaldır. Hədəf Hizbullahdır və ona qarşı hücumlar proporsionaldır-deyə səfir bildirib.