Accessibility links

İsraillə Hizbullah arasında döyüşlər səngimir


Bu gün İsrailin Hayfa şəhəri də daxil edilməklə Hizbullah qüvvələri tərəfindən İsrailin şimal bölgəsi raket atəşinə tutulub. Nəticədə 19 adamın yaralndığı xəbər verilir.

Artıq 10 gündür ki, Hizbullahın raket hücumlarının səsi Şimali İsrailə yad gəlmir. Bu gün təkcə Hayfa şəhərinə beş "Katyuşa" raketi atılmışdır. İsrailin döyüş təyyarələri Livana cavab atəşi ilə hücum etmişlər. Təyyarələrdən sərhədlərdən 30 km-lik məsafədə yaşayan əhaliyə bölgənin tərk edilməsi göstərişi ilə vərəqlər yayılıb. İsrail bundan əlavə ehtiyatda olan əsgərlərini qurudan əməliyyatlara keçmək üçün silahlı qüvvələrə cəlb edir.

Qeyd edək ki, hücumların başlandığı gündən etibarən əksəriyyəti mülki vətəndaşlar və uşaqlar olmaqla Livanda 300-dən artıq adam öldürülüb. BMT rəsmilərinin bildirdiyinə görə, yarım milyona yaxın insan evindən didərgin düşüb. BMT humanitar böhran haqda xəbərdarlıq verib. İsraillilər arasında ölənlərin sayı 30 nəfərdir.

Livan prezidenti, BMT-nin baş katibi və digərlərinin təcili atəşkəs çağırışlarına baxmayaraq, döyüşlərin səngidiyinə dair hələ heç bir işarə müşahidə edilməyib.

XS
SM
MD
LG