Accessibility links

İran prezidentinin məktubu kəskin tənqid edilib


İran prezidentinin Almaniya kansleri Ancela Merkelə qöndərdiyi məktub kəskin tənqid edilib. Tənqidçilər deyirlər ki, məktubda İsrail və Holkost barədə qəbuledilməz bəyanatlar verilir.

Bu qün Almaniya hökümətinin nümayəndəsi Ulrix Vilhelm mətbuata bildirib ki, prezident Mahmud Əhmədinijatın məktubunda İranın nüvə proqramları barədə məlumat verilmir. Bundan əlavə cənab Vilhelm deyib ki, İran rəhbəri Livanda və İsraildə baş verən döyüşlər barədə də öz mövqeyini bildirməyib. Rəsmi Berlin məktubun mətninin içtimayyətə açıqlanmayacağını və Alman hökümətinin cənab Əhmədinejata cavab verməyəcəyini bildirib.

XS
SM
MD
LG