Accessibility links

Pakistan nüvə reaktorunun istehsalına başlayıb


Vaşintonda yerləşən Elmi və Beynəxlaq Araşdırmalar İnstitutunun hesabatında bildirilir ki, Pakistan ildə 40-50 nüvə silahına kifayət edəcək qədər pluton istehsal edən nüvə rekatoru inşa edir. Satillit foto-şəkillərin təmin etdiyi məlumata əsasən bildirilir ki, nüvə obyekti Pəncab vilayətindəki kiçik nüvə reakotirunun yaxınlığında tikilir.

Elmi və Beynəxlaq Araşdırmalar İnstitutunun hesabatında deyilir ki, yeni obyekt hazırda 2 nüvə başlığı istehsal edən Pakistanın bu qabiliyyətini 50-yə yüksəldəcək. Pakistanın xarici işlər nazirliyinin sözçüsü isə yeni tikili barədə məlumat verməkdən boyun qaçıraraq, Pakistanın nüvə proqramının hamıya açıq oldğunu deyib.

XS
SM
MD
LG