Accessibility links

ABŞ Livandakı insan tələfatından narahatlığını bildirib


Yaxın Şərqə səfəri zamanı Qüdsdə İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbasla görüşən Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays ABŞ-ın reginoda insan tələfatından narahatlığını ifadə edib. Bununla belə, xanım Rays İsrail və Hizbullah arasında döyüşlərə son qoymaq üçün dərhal atəşkəsə çağırmayıb. Kondoliza Rays ABŞ vəziyyətlə bağlı mövqeyini bir daha ifadə edərək bildirib ki, davamlı sülhə nail olmaq üçün düşmənçiliyə son qoyulması müəyyən şərtlər əsasında olmalıdır.

Bu arada, “Vaşinqton Post” qəzeti yazır ki, Kondoliza Rays Beyrutda Livan rəsmilərilə danışıqlar zamanı zorakılıqları dayandırmaq üçün Livanda bufer zonasının daxilində NATO-nun başçılığı ilə beynəlxalq qüvvələrin yerləşdirilməsi də daxil olmaqla, planın ümumi cəhətlərini açıqlayıb. ABŞ beynəxalq qüvvələrdə təmsil olunmayacağını bildirib.

İsrail və Hizbullah arasında hərbi münaqişənin başlandığı gündən etibarən əksəriyyəti mülki vətəndaşlar və uşaqlar olmaqla, Livanda 300-dən artıq adam öldürülüb. BMT rəsmilərinin bildirdiyinə görə, yarım milyondan çox insan evindən didərgin düşüb. Xatırladırıq ki, Dövlət katibi Kondoliza Rays səfərini başa çatdırdıqdan sonra Romada Yaxın Şərqdə dari konfrasnda iştirak edəcək. BMT-nin baş katibi Kofi Annan deyib ki, konfransda iştirak edəcək nümayəndələr zorakılıqlara son qoyulması üçün strategiyanın hazırlanlanaması məsələsində razılığa gəlməlidir.

XS
SM
MD
LG