Accessibility links

Azərbaycan rüşvət hallarının sayına görə liderdir


Dünya Bankının apardığı sorğuya əsasən, 26 sabiq sosialist ölkəsində Türkiyədə son illərdə korrupsiya azalıb. Hesabata əsasən, ən iri nailiyyətlərə ən güclü bazar islahatları aparan ölkələr nail olub.

Dünya Bankının iqtisadçıları deyirlər ki, Slovakiya və Estoniya ən müfəvəqqiyyətli ölkələrin siyahısına rəhbərlik edirlər. Bu həmin ölkələrdir ki, orada sabit vergi tarifləri tətbiq olunmuşdur, və bu da öz növbəsində vergi sisteminin sadələşdirilməsinə və vergidən yayınma hallarının azalmasına gətirib çıxarıb. Ümumən proqres vergi və gömrük sistemlərində qeydə alınıb. Həmçinin 2002-ci ildən bəri rüşvətxorluq problemi azalıb.

Hesabatın müəlliflərindən olan Ceyms Anderson deyir ki, iradə və liderlik müvəqəiyytələrdə əsasə rol oynayıb: "Bizim qənaətimiz budur ki, qanunlarda və siyasətdə əsaslı dəyişiklik aparan ölkələr isalahatların icrasını uğurla həyata keçiriblər".

Bununla belə, bir neçə min korporasiya arasında aparılan sorğular göstərir ki, Qərbi Avropadan fərqli olaraq Şərqi Avropada korrupsiya iri problem olaraq qalır. Mübarizədə inkişafın ən ləng olduğu ölkələr sırasında Albaniya, Rusiya, və başqa Mərkəzi Asiya ölkələri yer alır.

Azərbaycana gəldikdə, bu ölkədə korrupsiyanın geniş yayıldığı bildirlir. 2005-ci ildə rüşvətxorluğun tezliyinə görə Azərbaycan siyahıya rəhbərlik edir. Hökumət rəsmilərinin rüşvətxorluğuna dair indeksdə Azərbaycanda vəziyyət 2002-ci ildəkindən daha da pisləşib, deyə hesabatda qeyd olunur. Əlavə edək ki, əksər kateqoriyalarda Azərbaycanın göstəriciləri Mərkəzi Asiya respublikalarının göstəricilərinə uyğun gəlir.

XS
SM
MD
LG