Accessibility links

İsrail Livanın cənubuna qarşı hücumları genişləndirib


İsrailin təhlükəsizlik məsələləri üzrə kabineti Livanın cənubuna qarşı hücumlarını genişləndirməsini təsdiq edib. Amerikanın Səsinin müxbiri Cim Tipl 48 saat sürən döyüşlər nəticəsində İsrail hərbi qüvvələrinin azı 20 nəfər Hizbullah yaraqlısını qətlə yetirdiyini bildirir.

İsrailin qürü qüvvələri Livanın daxilində, kəndlər və regiondakı şəhərlərə qarşı bir sıra əməliyyatlar keçirmişlər. Onlar Hizbullah yaraqlılarının güclü müqaviməti ilə üzləşiblər. İsrail qəzetləri bu əməliyyarların məqsədinin Hizbullah yaraqlılarını İsrail sərhədlərindən 6-7 km geri itələmək olduğunu deyirlər.

İsrailin baş naziri Ehud Olmert dünən dərhal atəşkəs çağırışlarını rədd edib. İsrail eləcə də, Livanın cənubundakı mülki əhaliyə yardım və dərman çatdırmaq məqsədi ilə hava hücumlarını müvəqqəti dayandırmışdı. Lakin İsrailin hava qüvvələri Hizbullah hədəflərinə hücumları davam etdirir.

İsrailin Müdafiə naziri Əmir Peretz İsrailin Suriyadan silah daşıyan hər bir maşınının hədəf alınacağını deyib. Lakin İsrail Hizbullaha silahlanmağa və əvvəlki hərbi qabiliyiyətini əldə etməyə imkan verməyəcək. Qeyd edək ki, İsrail üzün müddətdir ki, Suriyanı Hizbullahı silahlandırmaqda günahlandırır. Suriya isə bu itithamları rədd edir.

XS
SM
MD
LG