Avropa Birliyi İsrail və Hizbullah arasında təcili şəkildə düşmənçiliyə son qoyulub, davamlı atəşkəs əldə edilməsinə çağırıb. Bu gün Brüssel görüşü zamanı Avropa Birlyiinin xarici işlər nazirlərinin bəyanatı Britaniya və Almaniyanın atəşkəs çağırışlarını rədd etməsindən sonra təsdiq edilib. Bəyanatda “düşmənçiliyə təcili şəkildə son qoyulması” və “dərhal atəşkəs əldə edilməsi” məfhumlarına izahat verilmir. Bu gün İranın xarici işlər naziri Mənuçehr Mottaki Beyrut səfəri zamanı döyüşlərin dayandırılmasına nail ola bilmədiyinə görə, BMT-nin Təhlükəsizlik Şurasını tənqid edib.