Accessibility links

ABŞ Dövlət Departamenti İran məhbəsində tələbənin ölümü ilə bağlı bəyanat yayıb


Dünən ABŞ Dövlət Departamenti rəsmi bəyanatla çıxış edərək İranda həbsdə yatan tələbə dissidentin ölümü ilə bağlı hiddətini izhar edib.

Departamentin sözçüsü Şon Makkormak açıqladığı bəyanatda söyləyib ki, Birləşmiş Ştatlar İran hökumətinin dissidentlər üzərində şiddətli repressiyasını, sivil cəmiyyətə və insan azadlıqları uğrunda vuruşanlara qarşı basqılarını pisləyir.

Rejimin əməlləri bu günlərdə həbsə alınmış siyasi fəal Əkbər Məhəmmədinin həbsxanada ölməsi ilə nəticələnib. 1999-cu ilin iyulunda tələbə hərakatı zamanı həbs edilmiş və saxlandığı Evin həbsxanasında aclıq elan edən cənab Məhəmmədi İyulun 30-da dünyasını dəyişib.

Təəssüf ki, cənab Məhəmmədinin həbsi təcrid olunmuş bir hadisə deyildi. Onun qardaşı Mənuçehr Məhəmmədi də 1999-cu illərin nümayişlərində iştirak etdiyinə görə həbs oluub. və bu yaxınlarda daxil olan məlumatlara görə mərhumun valideynləri də həbsə alınıb. Bu həbslər və ümumən müxalifət liderləri və dissidentlərlə pis rəftar İran hökumətinin tələbə hərəkatını və sivil cəmiyyəti susdurmağa yönəlik kampaniyasının tərkib hissəsidir.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar İran rejiminn öz opponentlərinə qarşı repressiya əməllərindən dərin narahatdır, Parlamentin sabiq üzvü və tələbə hərakatının lideri Əli Əkbər Musəvi Xoeyni İyunun 12-də trehranda keçirilən qadın hüquqalrı ilə bağlı nümayişdə iştirakından bəri həbsdə saxlanılır. İranda əmək itifaqının rəhbəri Mənsur Osanlu 2005-ci ilin Dekarbında həbs edilən bir çoxları kimi ədalətsizcəsinə zindana salınıb.

"Biz cənab Məhəmmədinin ailəsinə, dostlarına və tərəfdarlarına dərin kədərimizi çatdırır və İran hökumətini bütün İran vətəndaşlarının, o cümlədən tələbələrin, dini azlqıların nümayəndələrinin, fəhlələrin, qadınların və insan hüquqları və azadlıqlarını qorumaq üstündə həbs olunmuş bütün insanların hüquqlarına hörmət etməyə çağırırıq," deyə bəyanatda qeyd olunur.

XS
SM
MD
LG