Accessibility links

Kuba ABŞ-nın demokratikləşmə barədə çağırışlarını rədd edib


Fidel Kastro keçirdiyi əməliyyatdan sonra bərpa prosedurları qəbul etdiyi vaxt Kuba Birləşmilş Ştatların bu ölkədə demokratik dəyişikliklərin edilməsi barədə çağırışlarını rədd edib.

ABŞ dövlət katibi Kondoliza Rays cümə günü Amerikanın dəstəklədiyi Marti radio və telekanalı ilə yayımlanan çıxışında demokratik dəyişikliklər arzulayan kubalılara yardım təklif edib. Rays həmçinin digər demokratik dövlətləri həbsdə olan siyasi məhbusları azad etməsi üçün rəsmi Havanaya təzyiq etməyə çağırıb.

Kubanın mədəniyyət naziri Abel Prieto isə Kondoliza Raysın müraciətinin ada –dövlət əhalisi üçün heç bir əhəmiyyət daşımadığını deyib.

Qeyd edək ki, keçirdiyi əməliyyatla bağlı hakimiyyəti qardaşına təhvil vermiş Fidel Kastro indiyə kimi ictimai çıxış etməyib.

XS
SM
MD
LG