Accessibility links

İsrail ordusu Qəzzada döyüşləri davam etdirir


İsrailin cənubi Qəzzaya hərbi hücumu nəticəsində 2 yaraqlı daxil olmaqla, azı 5 fələstinli öldürülüb. Bu gün cənubdakı Rəfah şəhərində həyata keçirilmiş hava hücumu nəticəsində 3 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

Dünən Fələstin rəsmiləri bildiriblər ki, İsrailin yaraqlıların yerləşdiyi məntəqələrə endirdiyi zərbələr nəticəsində 3 nəfər fələstinli öldürülüb.

İsrail bildirir ki, bir ay davam edən hərbi hücumlar fələstinlilərin İsrailə qarşı raket hücumlarını dayandırmaq və yaraqlılar tərəfindən qirov qötürülmüş yəhudi əsqərin qaytarılması məqsədi ilə həyata keçirilir.

Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, bu hücumlar zamanı 175 nəfər fələstinli öldürülmüşdür.

XS
SM
MD
LG