Bu gün cənubi Əfganıstanda yol kənarında partladılmış bomba 2 polis zabitinin ölümünə, 8 nəfərin yaralanmasına səbəb olub.
Əfqan rəsmiləri deyirlər ki, bomba Qəndəhar vilayətinin Mianaşin rayonunun zabitlərini aparan maşının yoldan keçdiyi anda partladılmışdır.
Qəndəhar vilayəti qubernatorunun numayəndəsi bildirib ki, maşında rayonun vəzifəli şəxslərindən də bir nəfər olub, lakin o zərər çəkməyib. Qubernatorun numayəndəsi bu partlayışda taliban yaraqlılarını günahlandırıb.
Hal-hazırda yaraqlıların hücumları nəticəsində kütləvi insan itkiləri ilə üzləşən Əfqanıstan və koalisiya qüvvələri 2001-ci ildə taliban höküməti devrildikdən sonra ən ağır dövrünü yaşayır.