Accessibility links

İsrail və Hizbullah arasında zorkılıqlara son qoyulması istiqmətində diplomatik səylər davam etdirilir.


Nyu Yorkda Ərəb Ölkələri Liqasının nümayəndələrinin BMT-nin Təhlükəsizlik Şurasında Livanın dərhal atəşkəs və İsrail hərbi qüvvələrinin Livanın cənubundan çıxarılması tələblərinə dəstək verəcəyi gözlənilir. Livan ABŞ və Fransaının təklif etdiyi qətnamə layihəsini rədd edib. Buna səbəb sənədə İsrail hərbi qüvvələrinin Livan ərazisindən çıxarılması haqda tələbin daxil edilməməsi olub.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin deyib ki, Təhlüksizlik Şurası Beyrut üçün qeyri-münasib qətnamə qəbul etməməlidir. Belə ki, bu, münaqişənin daha gərginləşməsinə səbəb ola bilər. Britaniyanın baş naziri Toni Bleyer BMT-nin Təhlükəsizlik Şurasının qətnməni qəbul edəcəyinə ümid bəslədiyini ifadə edib.

XS
SM
MD
LG