Accessibility links

Ned Lamont ilkin seçkilərdə qələbə əldə etdi


Üç dəfə senator seçilən demokrat Co Liberman Kannektikut ştatında rəqibi Ned Lamonta məğlub oldu. İlkin seçkilərdə İraqda 2500-dən artıq Amerika əsgərinin həyatı bahasına başa gələn İraq müharibəsi əsas götürülmüşdü. Lamont səslərin 53 fazini əldə etməklə irəliyə çıxıb. İraq müharibəsinin əleyhinə olması ilə məşhurlaşan Lamont deyib ki, bu, nə İraqda, nə də ki, Amerikada zəfər strategiyasıdır. Bu istiqamətdə irəliləməliyik. Seçicilərin 48 faizinin səsini qazanan Co Liberman mübarizəsini davam etdirirərək, noyabr yaı seçkilərində müstəqil namizəd kimi iştirak edəcəyini bildirib. İraq müharibəsi bu il Senat uğrunda yarışlarda mərkəzi rol oynayır. Co Liberman 2000-ci ldə prezidentliyə namizəd Al Gorla vitse-prezident kimi seçkilərdə namizədliyini irəli sürmüşdü. Kabel televiziyasına başçılıq edən milyonçu biznesmen Lamont ümumilli seçkilərdə respublikaçı rəqibi Alan Şlesingerlə üzləşəcək.

XS
SM
MD
LG