Accessibility links

Qeyri-qanuni mühacirlərin yaşadığı yerlərə reydlər təşkil edilir


Amerikanın Mühacirət və Gömrük polisi bu həftə qeyri-qanuni mühacirlərin yaşadıqları evlərə reydlər təşkil edib. Foto və video müxbirlərin maşaiyəti ilə keçirilən reydlər zamanı evlərdən silahlar da aşkar edilib. Mühacirət rəsmilərinin bildirdiyinə görə, 2003-cü il axtarış komandalarının təsisinədək qeyri-qanuni şəkildə ölkəyə daxil olanların müəyyən edilməsi olduqca çətin idi. Bu il mühacirət vəziyyətinə nəzarət edən Daxili Təhlükəsizlik Nazirliyinin bu kimi komandaların sayı üç dəfə artmışdır. Reydlər deportasiya hökmü altında olan və ya cinayətkarlıqda ittiham edilənlən mühacirlərin axtarışını nəzərdə tutur. Bu həftə həbs edilən insanların bəziləri ölkədə qeyri-qanuni yaşadıqlarını etiraf etsələr də, nə ilə ittiham edildiklərindən xəbərsiz olduqlarını bildiriblər. Hazırda Amerika Birləşmiş Ştatlarında hər həftə minə yaxın insan həbs edilir. 2003-cü il ərzində bu insanların sayı 4 min təşkil edirdi. Bu il həbs edilən 20 min 121 nəfərin 5-də bir hissəsi cinayətkarlıqda ittiham edilən, 5700-ü isə axtarışda olmayan, lakin reydlər zamanı aşkar edilən insanlardır.

XS
SM
MD
LG