Accessibility links

Neft qiymətləri yeni rekordlara yüksəlib


" hspace=2 src="/azerbaijani/images/ap_alaska_pipeline_9aug06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>BP-nin Alyaska əsas ixrac boru kəmərinin fəaliyyətini dayandırması ilə neft qiymətləri yeni rekordlara yüksəlməyə başlayıb. 26 km uzunluğu olan bu kəmərin işinin dayandırılması Amerikanın gündəlik neft təchizatını 400 min barrel azaldır. Dünyada neft tələbatının cəmi yarım fazini təşkil etsə də, bunun neft qiymətlərinə təsiri güclü olub. Nyu-York birjalarında xam neftin qiyməti 77 dollara yüksəlib. Bəziləri Alyaska kəmərinin təmirinin qışa qədər bitmədiyi təqdirdə, bir barrel neft qiymətinin 10 dollar artacağını deyirlər. ABŞ Konqresinin nümayəndələri BP-nin fəaliyyəti ilə bağlı dinləmələr keçirilməsinə çağırır. Dinləmələrin gələn ay Konqresin yay fasiləsindən qayıtmasından sonra baş tutacağı bildirilir.

XS
SM
MD
LG