Accessibility links

İsrail qüvvələri hücumları genişləndirir


İsrail rəsmiləri bildirirlər ki, hökumət Cənubi Livanda Hizbullah yaraqlılarına qarşı qurudan hücumların genişləndirilməsinə əmr verib. İsrailin təyyarələri isə Livanın bir sıra bölgələrini bombardman ediblər. Hizbullahın Hayfaya raket hücumu nəticəsində 7 nəfərin yaralandığı bildirilir. İsrail rəsmilərinə istinadən bildirilir ki, İsrail hökuməti qərarı bu gün qəbul edib, lakin hələlik xəbər rəsmən təsdiq edilməyib. Baş Nazir Ehud Olmert BMT-nin nümayəndələrilə atəşkəslə bağlı danışıqlara narazılığını bildirməsindən quru qüvvələrinə hücumların genişləndirilməsi haqda əmr verib. İsrail təyyarələri Hizbullahın Beyrut ətrafındakı şiə qəsəbələri və Suriya sərhədləri yaxınlığındakı mövqelərini bombardman ediblər. Livan rəsmiləri bildirirlər ki, hücum nəticəsində azı 14 nəfər həlak olub. Müharibə başlanandan bəri çoxu mülki vətəndaş olmaqla, 900 livanlı öldürülüb. İsraildə isə əksəriyyəti əsgər olmaqla, 120 nəfər həlak olub.
XS
SM
MD
LG