Accessibility links

ABŞ-da pərakəndə satış artıb


İyul ayında Amerika Birləşmiş Ştatlarında pərakəntə satış göstəricilərinin artımı iqtisadiyyatın zəifləməsinə dair fikirləri aradan qaldırır. Baxmayaraq ki, ekspertlər zəifləmə porosesinin mövcud olduğunu bildirirdi. Ticarət Nazirliyinin bu gün açıladığı hesabatda deyilir ki, pərakəndə satış iyul ayında 1.4 faiz yüksəlmişdir. Təhlilçilər bu artımı inflyasiya ilə izah edirlər. Bu isə öz növbəsində ABŞ Mərkəzi Bankının sələm faizlərinin artırılması kampaniyasını bərpa edə bilər. Xatırladaq ki, bu yaxınlarda Mərkəzi Ehtiyat Komitəsi inflyasiyaya nəzarət məqsədi ilə faizlərin qaldırılmayacağını elan etmişdi. Yüksək faizlər borcların xərcini artırmaqla yanaşı, iqtisadiyyata mənfi təsir bağışlayır.

XS
SM
MD
LG