BMT-də diplomatlar Livanda döyüşlərə son qoymaq barədə razılığa yaxın olduqlarını xəbər verirlər. ABŞ səfiri Con Bolton deyir ki, o, günün sonunda fransız diplomatlarla üzərində danışıqlar gedən qətnamənin səsə qoyulacağını güman edir. Fransa və Britaniya xarici işlər nazirləri və ABŞ-ın dövlət katibi Kondolizza Rays razılığa gəlmək üçün Nyu-Yorka toplaşıblar. Mediadan daxil olan xəbərlər görə, danışıqların başlıca obyekti İsrail qüvvələrinin cənubi Livandan çıxmasının tarixidir.