Accessibility links

İsrailin quru qüvvələri Livanın dərinliyinə irəliləyir


" hspace=2 src="/azerbaijani/images/ap_israel_lebanon_soldier_riffle_12aug06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>İsrail bildirir ki, onun quru qüvvələri Livanın dərinliyinə qədər irəliləyib və döyüşlərdə azı 30 əsgəri yaralanıb. Bu gün İsrailin Livana etdiyi hava hücumları nəticəsində azı 20 nəfər həlak olub. İsrailin bu hərbi əməliyyatları BMT Təhlükəsizlik Şurasının İsrail ilə Hizbullah arasında atəşkəs haqqında qətnamə qəbul etdiyindən sonraya təsadüf edir.

İsrail ordusunun sözçüsü bildirib ki, Livan ərazisində Hizbullah yaraqlılarına qarşı vuruşan əsgərlərin sayı 3 dəfə artırılaraq, 30 minə çatdırılıb. İsrailin tankları və zirehli maşınları isə Livan ərazisinin 30 kilometrliyində yerləşən Litani çayının şimal bölgəsinə qədər irəliləyib.

Hizbullah yaraqlıları iddia edirlər ki, onlar İsrail əsgərlərilə döyüşərək onların cənubi Livanın bir sıra bölgələrində irəliləməsinin qarşısını alıb və çox sayda əsgərini də öldürüblər.

Livan rəsmiləri bildirirlər ki, İsrailin Tir və Sayda şəhərlərinə hava hücumları nəticəsində 19 nəfər həlak olub.

İsrail kabineti BMT Təhlükəsizlik Şurasının atəşkəs qətnaməsini təsdiq etmək üçün sabah yığıncaq keçirəcək. Lakin İsrail hökumətinin nümayəndəsi Əvi Pazner deyib ki, ölkəsi Hizbullahın cənubi Livandan İsraili raket atəşə tutmasının qarşısını almaq üçün lazımı tədbirlərin həyata keçirilməsini istəyir. İsrailin yüksək rütbəli komandiri, general leytenant Dan Halutz bu gün deyib ki, atəşkəsə tamamilə riayət edilənədək İsrailin hərbi qüvvələri Livandakı şiddətli əməliyyatlarını davam etdirəcəklər.

XS
SM
MD
LG