Accessibility links

Əfqanıstanda NATO hərbi qüvvələrinin əsgəri həlak olub


Britaniya Əfqanıstyanda NATO hərbi qüvvələrində xidmət göstərən bir Britaniya əsgərinin Helmənd vilayətində maşın qəzası nəticəsində həlak olduğunu bildirir.

Amerikanın hərbi rəsmiləri isə deyirlər ki, dünən Əfqanıstanın şimal-şərqindəki Nuristan vilayətində koalisiya qüvvələri ilə Taliban döyüşçüləri arasında baş verən toqquşma zamanı 3 Amerika əsgəri həlak olub. Hərbi qüvvələrinin sözçüsü, polkovnik Tom Kollins atışmalar zamanı 3 Amerika və bir Əfqan əsgərinin yaralandığını bildirib. Lakin o, Taliban döyüşçülərinin itgisi barədə məlumat verməyib.

XS
SM
MD
LG