Accessibility links

Britaniya təhlükəsizlik tədbirlərini yüngülləşdirməyə başlayıb


Britaniya təhlükəsizliyin səviyyəsini yüngülləşdirsə də terrorist hücumları ehtimalının hələ də güclü olduğunu bildirir. Böyük Britaniyanın Daxili İşlər Naziri Con Reyd təhlükəszlik səviyyəsini kritikaldan ağıra endirildiyini elan edib. Lakin nazir deyib ki, bu, terror təhlükəsinin aradan qaldırıldığı demək deyil.

Xatırladaq ki, təhlükəsizlik tədbiləri keçən həftənin cümə axşamı günü Britaniyadan Birləşmiş Ştatlara uçan təyyarələrə hücum cəhdindən sonra artırılmışdı. Polis terroristlərin həmin təyyarələrə partlayıcı maddələr keçirmək və uçuş zamanı təyyarələrdə partlayışlar həyata keçirmək istədiklərini demişdilər.

Sərnişinlərin təyyarəyə apardıqları əl yüklərinə aid tədbirlər yüngülləşdirilib. Nəqliyyat naziri Duqlas Aleksandr bildirib ki, indi sərnişinlər özləri ilə təyyarəyə orta ölçülü çanta və Laptap kompyuteri kimi elektron cihazlar götürə bilərlər.

XS
SM
MD
LG