Accessibility links

Prezident Buş terrorçulara qarış mübarizədə bütün imkanlardan istifadə olunduğunu deyib


Prezident Buş amerikalıları əmin edib ki, ABŞ hökuməti ölkəni terrorçulardan qorumaq üçün bütün imkanlara malikdir. ABŞ prezidenti bu açıqlamaları Pentaqonda Müdafiə naziri Donald Ramsfeld və nazirliyin digər yüksək səviyyəli rəsmilərilə görüşü zamanı verib. Cənab Buş amerikalıların çətin bir dövrdə yaşadığını deyib, bununla belə ölkənin daxili təhlükəsizliyi təmin etmək qabiliyyətinə malik olduğuna tam əminliyini əlavə edib. Prezident Bun sözlərinə görə, amerikalılar bilməlidir ki, o hər zaman ölkənin təhlükəsizliyi barədə düşünür. Prezident Buş Müdafiə nazirliyində rəsmilərlə müzakirələrdən sonra ABŞ Dövlət katibi Kondoliza Raysla görüşəcək. ABŞ prezidentinin Pentaqonun yüksək səviyyəli nümayəndələrilə görüşü İraqda döyüşlərin davam etdiyi bir vaxta təsadüf edir.
XS
SM
MD
LG