Accessibility links

Beynəlxalq QİÇS Konfransında HIV pandemiyasının qarşısını alma yolları müzakirə olunub


Standart HİV testinin cavabının alınması 2 həftə çəkir. Bu vaxt ərzində bəzi adamlar ya testin cavabını almağı unudur, ya da bu barədə fikirlərini dəyişirlər. Məsələn Kaliforniya universitetinin 101000 HİV analizi verən adam arasında apardığı araşdırma göstərir ki, onların 25 faizi testin cavabını almaq üçün geri qayıtmayıb.

Buna görə də cəmi 20 dəqiqəyə HİV testinin cavabını verən sürətli analiz bu günlərdə Torontoda keçirilən 16-cı Beynəlxalq QİÇS konfransının iştirakçıları arasında belə böyük maraq doğurub. Konfrans çərçivəsində keçirilən təqdimatda bu testin dəqiqlik nisbətinin 99 faiz olduğu bildirilməklə yanaşı onun adi HİV testindən bahalı olmadığı göstərilib. Alimlərin fikrincə, sürətli test xəstəliyin daha tez aşkar olunması vasitəsilə onun yayılma sürətini azalda bilər.

Konfransda təqdim olunan yeniliklərin heç də hamısı belə ürəkaçan deyildi. Məsələn, Cornell Universitetindən Roy Gyulikin fikrincə, HİV-ə yoluxmuş xəstələrdə çatışmayan immun hüceyrələri dərmanlarla əvəz etmək olar, amma daha çox dərman daha çox immunhüceyrə demək deyil. Əksinə daha çox dərmanın daha çox kənar təsiri olur.

Bununla yanaşı konfransda QİÇS-li xəstələrin istifadə etdiyi dərmanların həddindən artıq bahalı olduğu bildirilib. İlk antiQİÇS dərmanları tapılanda müalicənin illik qiyməti 10 min dollara gəlib çatırdı. İndi müalicə ildə 130 dollara başa gəlir. Lakin QİÇS xəstələrinin xüsusilə çox olduğu üçüncü dünya ölkələri üçün bu da olduqca bahalıdır.

Ziyanlı kənar effektləri az olan, lakin HİV-in QİÇSə çüvrilməsinin qarşısını alan yeni preparatlar da çox bahalıdır. Sərhədsiz Həkimlər təşkilatından olan Natan Fordun sözlərinə görə, onlar dərman istehsal edən şirkətlərdən qiymətləri aşağı salmağı xahiş etməkdən yorulublar.

Ümumdünya Səhiyyə Təşkilatı preparatlara ehtiyacı olan xəstələrə yardım təklif edir. Təşkilatın fikrincə, pasientlərin təxminən dörd faizinin daha bahalı dərmanlara ehtiyacı var, lakin onları əldə edə bilmir.

Qeyd edək ki, Azərbaycanı konfransda Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

XS
SM
MD
LG