Accessibility links

Laos quş qripi ilə  mübarizə üçün 2 milyon dollar qrant alıb


Dünya Bankı tərəfindən yaradılan yeni Quş Qripi mərkləzi Laosa H5N1 virusunun yayılmasına və fəsadlarına nəzarət etmək üçün ilk qrantını verib.

Quş və İnsan Qripi mərkəzi Laos üçün 2 milyon dollarlıq qrantın təsdiq olunduğu barədə xəbəri bu gün verib. Qrant Avropa Kommissiyası da daxil olmaqla 8 donor agentliyinin ianələri hesabına verilib.

Vəsait inkişaf etməkdə olan ölkələrə quş qripi virusunun social və iqtisadi təsirini azaltmaq məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsi üçün verilir.

XS
SM
MD
LG