Accessibility links

Ruşanə Hüseynova: Mən Elmarın ölümünü gündəmdə saxlamaq üçün qəzet yaratdım"


2005-ci il martın 2-də məşhur jurnalist Elmar Hüseynov öz qapısının kandarında naməlum qatil tərəfindən öldürüldü. Həmin gün işdən gələn ərinin yolunu gözləyən Ruşanə Hüseynova üçün hər şey dəyişdi.

O günə qədər Elmar Hüseynovun başçılıq etdiyi jurnalda çalışan və atası qətlə yetirilərkən cəmi yaş yarımlıq oğlunun qayğısını çəkən bu zərif xanımın indi qarşısında mühüm bir vəzifə durur: Ərinin qatillərinin tapılmasına və cəzaya çatdırılmasına nail olmaq.

Ruşanə xanımın fikrincə, bu çətin vəzifənin öhdəsindən gəlmək üçün zərif qadın, qayğıkeş ana olmaq kifayət deyil. Onun sözlərinə görə, Elmar Hüseynovun tənqidi qələminə dözməyib onu aradan götürmək qərarını verən qüvvələr, cinayət işinin açılmasında olduqca ləng işləyən hüquq-mühafizə orqanları ilə baş-başa gəlmək üçün ictimaiyyətdə güclü mövqe tutmaq lazımdır.

Odur ki, Ruşanə Hüseynova böyük bir layihəni - Bakinskiye vedomosti qəzetini başladı: "Elmarın qətlindən sonra oxuculara doğru məlumatı və xalqa Elmarın məhz jurnalist fəaliyyətinə görə qətlə yetirildiytini çatdırmaq məqsədi ilə mən bu qəzetdə baş redaktor vəzifəsində çalışmağa məcbur oldum".

İşinin çox olmasına baxmayaraq, Ruşanə dul qadın həyatının ağrı-acısını hər an hiss etdiyini deyir. Elmarsız keçən dövrü necə yaşayırsınız? sualına cavabında Ruşanə xanım belə dedi: "Aslan bir il də böyüdü və əlbəttə ki, Aslan da, mən də hər saniyə Elmarın yoxluğunu hiss edirik."

Lakin o yenə də qətllə bağlı istintaq mövzusuna qayıdır: "Hacı Məmmədovun Elmarı qətlə yetirməsi barədə verdiyi bəyanatından sonra mənə daha çətin olub. Hər zaman üurnalistlərin suallarına cavab verərkən gözlərimin qarşısına qapıda dayanan Elmarın qanlı siması gəlir. Hacı Məmmədovun bu qətli həyata keçirməsinin mümkün olmadığını deyirlər. Lakin Turkiyənin xüsusi xidmət orqanları bu qətlin Nacı Məmmədovun dəstəsi tərəfindən həyata keçirildiyini deyəndə, bizim Milli Təhlükəsizlik nazirliyi bu məlumatı təkzib etdi. Mən bu məsələ ilə əlaqədar Amerikanın və Türkiyənin xüsusi xidmət orqanlarını bir də buraya dəvət etmək istyirəm."

Ruşanə həm də bir qrup məşhur jurnalist və qəzet redaktoru tərəfindən təsis olunan Elmar Hüseynov Fondunun prezidentidir. Fondun jurnalistlərin hüquqlarının qorunması ilə məşğul olduğunu deyən Ruşanə, son zamanlar Zərdüşt Əlizadə və Mirzə Sakitə qarşı məhkəmə iddiaları ilə bağlı fondun ictimai etirazı səfərbər etmək istiqamətində iş apardığını dedi.

XS
SM
MD
LG