Accessibility links

C.Buş Yaxın Şərq siyasətinə dair mətbuat konfransı keçirib


Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş ABŞ-ın İraqdakı qüvvələrinin o ölkədən çıxarılmasının “ən böyük səhv” ola biləcəyini deyib. Ağ Evdə təşkil edilən mətbuat konfrasında çıxış edən prezident deyib ki, İraqın tərk edilməsi Yaxın Şərqdə islahatçılara səhv mesaj, İran və ekstremistlər üçün ruhlandırıcı amil ola bilər. Corc Buş İraqda təhlükəszliyin təminat altına alınması və hökumətin gücləndirilməsi öhdəliklərinə sadiq qalındığını bildirib. O deyib ki, İraqda nailiyyətsizlik Amerika Birləşmiş Ştatlarının təhlüksizlyinə birbaşa hədədir. Amerika prezidenti ABŞ hərbiçilərinin terrorçu qrupların hücumlarına mane olunması və təriqətlərarası zorakılıqlara son qoyulması taktikalarını davam etdərəcəyini bildirib. Qeyd edək ki, ABŞ prezidenti qüvvələrin İraqdan çıxarılmasına vaxt təyin edilməsi ilə bağlı Amerikanın bəzi qanunvericilərinin təzyiqləri altındadır. BMT-nin nüvə fəaliyyətlərinin dayandırılması çağırışlarına hələ də cavab verməyən İrana gəldikdə isə ABŞ prezidenti İranın nüvə silahı əldə etdiyi təqdirdə vəziyyətin mürəkkəbləşəcəyini deyib. Corc Buş bu sahədə Amerika da daxil edilməklə, beynəlxalq ictimaiyyətin effektiv diplomatiyasının vacibliyini vurğulayıb. Amerika prezidenti İranın cavabına dair bəzi fikirlərin mövcud oldğunu bildirsə də, yekun cavabın gözləniləcəyini deyib.
XS
SM
MD
LG