Accessibility links

ABŞ hərbi rəsmisi İranın İraq şiələrinə silah verdiyini deyir


Birləşmiş Ştatların Yaxın Şərqdəki baş komandanı bildirib ki, Bağdadda ABŞ-İraq təhlükəsizlik səyləri yaxşı nəticələr verir. Müxbirlərlə bu gün Bağdadda danışan general Con Abizeyd deyib ki, İraq indi vətəndaş müharibəsindən çox uzaqdır.

Çərşənbə günü isə ABŞ hərbi rəsmisi briqada generalı Maykl Barbero İran qüvvələrinin İraqdakı şiə yaraqlılara təlim, pul və avadanlıq verdiklərinə dair ciddi sübutlar olduğunu deyib.

Son iki gündə baş verən hücumlar zamanı 3 amerika aəsgəri öldürülüb. Bağdadda maşına qoyulmuş bomba iki mülkinin, Baqubada isə bomba partlayışı iki polisin ölümünə səbəb olub.

XS
SM
MD
LG