Accessibility links

Pentaqon Bağdadda zorakılıqların azaldığını bildirir


Birləşmiş Ştatların Bağdaddakı hərbi komandiri, polkovnik Robert Skurlok bir neçə həftə bundan əvvəl İraqın paytaxtında aparılmış iri miqyaslı hərbi əməliyyatlardan sonra hərbçilərə və mülki vətəndaşlara qarşı hücumların xeyli azaldığını bildirib.

Polkovnik Skurlok deyir ki, onun əsgərləri iyul ayının sonlarında İraq polisi və hərbi qüvvələri ilə Birlikdə İrəliyə Əməliyyatlarında iştirak etmək üçün Küveytdən Bağdada gəlmişlər. Bu göstəriş 2003-cü ildən bəri minlərlə insanın ölümünə səbəb olan təritəqlərarası zorakılıqların vüsət almasından sonra İraqın yeni baş naziri tərəfindən verilmişdi.

Skurlok onun Birinci Hərbi Diviziyasının Bağdadın qərbindəki 300 km-lik sahədə, bir milyondan çox insanın yaşadığı məhəllələrdə hər evi yoxladığını bildirib. Polkovnik Skurlok həyata keçrilən bu hərbi əməliyyatlardan sonra Bağdadda mülki vətəndaşlara, İraqın təhlükəsizlik qüvvələrinə və koalisiya qüvvələrinə qarşı hücumların 40% azaldığını deyib.

Polkovnik Scurlok Bağdadda onun nəzarət etdiyi bölgədə 3500 koalisiya əsgərinin İraqın 5 000 nəfərlik əsgəri qüvvəsi ilə birlikdə zorakılıqlara cavabdeh olan yaraqlılara qarşı mübarizədə iştirak etdiyini deyib. O, onun hərbi qüvvələrinin keşik çəkdiyi məhəllələrdə İraq vətəndaşlarının polisə etibarının artdığını bildirib. Polkovnik, eləcə də bəzən yaraqlılar yerli polis orqanlarının etibarını qazanaraq onların sıralarına daxil olduğunu, lakin İraq hökumətinin təhlükəsizlik qüvvələri daxilində korrupsiyaya qarşı mübarizə apardığını deyib.

XS
SM
MD
LG