Accessibility links

BMT-nin baş katibi İsrailə səfər edib


Yaxın Şərqdə səfərdə olan BMT-nin baş katibi Kofi Annan İsrailə gedib. Cənab Annan əvvəlcə Beyrutda Livan hökumətinin nümayəndələri ilə görüşüb. Livanın hava və dənizdən blokadasına son qoyması üçün onun İsrail hökumətinə təzyiq göstərəcəyi gözlənilir. İsrail isə bildirib ki, beynəlxalq qüvvələr Livan sərhəddində keşik çəkməyə başlayandan sonra blokadaya son qoya bilər.

BMT Baş katibi bu gün Hizbullah tərəfindən qaçırılan iki əsgərin ailə üzvlərilə görüşməlidir. Onun İsrailin baş naziri Ehud Olmertlə görüşü isə sabaha təyin edilib. Kofi Annan Livana səfəri zamanı ölkənin müharibədən ən çox zərər çəkmiş cənub hissəsində də olub. O Livana səfəri zamanı Hizbullahı oğurlanan İsrail əsgərlərini qaytarmağa çağırıb.

XS
SM
MD
LG