Accessibility links

Sabiq İran prezidenti Məhəmməd Xatəmi ABŞ-dadır


Amerikada səfərdə olan sabiq İran prezidenti Məhəmməd Xatəmi söyləyib ki, Birləşmiş Ştatların xarici siyasəti dünyada terrorizmə stimul verir. Cənab Xatəmi Şikaqoda Amerikalı müsəlmanların iri izdihamı qarşısında çıxış edərək deyib ki, terrorizmlə müharibəsində Amerika heç kimi saya almır və müharibəyə üstünlük verir. Bu səbəbdən də o, terrorizmin və zorakılığın artmasına imkan yaradır. Sabiq İran prezidenti bu sözləri Şimali Amerika İslam Cəmiyyətinin illik qurultayında etdiyi çıxışda dilə gətirib. O, Amerikalı müsəlmanları İslamın səhv imcini düzəltmək yönümündə səy göstərmyə çağırıb.
XS
SM
MD
LG