Accessibility links

Kofi Annan: Blokada yardım və bərpa işlərinə mane olur


BMT-nin baş katibi Kofi Annan İsrailin Livanın blokadasına son qoyacağını ümud bəslədyini deyib. Misirdə İsgəndəriyyə şəhərində müxbirlərlə danışan cənab Annan deyib ki, blokada yardım və bərpa işlərinə mane olur. O, gələn iki gün ərzində İsraildən müsbət cavab alınıacağına ümidlərini ifadə edib.

İsrail blokadanın beynəlxalq qüvvələrin Livanda yerləşdirildiyi və Hizbullah yaraqlılarının tərksilah edilməsi üçün addımların atıldığı vaxta qədər qüvvədə qalacağını bildirib. BMT-nin baş katibi həmçinin Hizbullahın saxladığı iki İsrail əsgərinin və İsarilin saxladığı livanlıların azad edilməsini təmin etmək üçün vasitəçi təyin edəcəyini deyib.

Livan blokada məsələsini bu həftənin əvvəli BMT-nin Təhlükəsizlik Şurasına təqdim etmişdi. Livan hökuməti blokadanın İsrail və Hizbullah arasında bir ay sürən döyüşlərə son qoymuş qətnaməni pozduğunu bildirib.

XS
SM
MD
LG