Accessibility links

İran prezidenti universitetlərdə liberal və dünyəvi təsirlərə son qoymağa çağırıb


İran prezidenti Mahmud Əhmədinejat liberalları və dünyəviçiləri ölkədəki universitetlərin fəaliyyətinə müdaxilə etməməyə çağırmışdır. İran mətbuatı cənab Əhmədinejatın çıxışından sitat gətirərək bildirib ki, son 150 il ərzində İranın tədris sistemi dünyaviçiliyin təsirinə məruz qalmışdır. O deyib ki, sistemi dəyişmək çətin olsa da, buna nail olmaq məqsədi ilə tədbirlər artıq həyata keçirilir.

Keçən il İran prezidenti seçilmiş sərtxətt tərəfdarı cənab Əhmədinejat bildirib ki, o, vəfat etmiş Ayatolla Ruhulla Xomeyininin 1979-cu il İslam İnqilabı zamanı bəyan etdiyi fundamentalist İslamçı vəzifələri bərpa etmək niyyətindədir.

XS
SM
MD
LG