Accessibility links

Qəzza Zolağında yeddi fələstinli qətlə yetirilib


Qəzza Zolağında baş verən ayrı-ayrı insidentlər zamanı yeddi nəfər fələstinlinin qətlə yetirildiyi bildirilir. İsrail rəsmilərinin bildirdiyinə görə, İsrail ərazisinə daxil olmaq istəyən yaraqlılar və partlayıcı maddələrlə dolu olan Həmas yaraqlılarının maşını hədəf alınmışdır.

İsrailin Müdafiə nazirliyinin sözçüsü Noa Meir bu iki hava hücumu zamanı hansısa xüsusi bir fələstinli qrupun hədəf alınmadığını, hücumun İsrailə qarşı terror əməliyyatları həyata keçirən Həmas qrupuna qarşı olduğunu deyir.

Bu gün habelə, digər insidentlər nəticəsində daha iki fələstinli qətlə yetirilib. Fələstinlilər bunlardan birinin 16 yaşlı oğlan olduğunu deyirlər. İsrail isə onun bomba yerləşdirmək istəyərkən hədəf alındığını bildirir.

Dünən isə İsrailin sərhəd polisi prezident Mahmud Abbasın şəxsi təhlükəsizliyini təmin edən mühafizə dəsətsinin başçısını həbs edib.

XS
SM
MD
LG