Accessibility links

Gürcü müxalifətçiləri vətənə xəyanətdə günahlandırılır


Tbilisi şəhər prokuroru Giorgi Giviniaşvili dövlət çevrilişi cəhdi şübhəsi ilə həbs edilən 29 Rusiya meylli müxalifət fəalından 13-ünə qarşı vətənə xəyanət ittihamının irəli sürüldüyünü bildirib. Prokuror başqa ittihamların da irəli sürülə biləcəyini, digər müttəhimlərlə bağlı araşdırmanın getdiyini deyib.

Çərşənbə günü həyata keçirilən reyd zamanı Anti-Soros təşkilatı, Ədalət və Konservativ Monarxist Partiyalarının liderləri həbs olunub.

Gürcüstan müxalifəti president Mixail Saakaşvilini ölkədə demokratiyanı boğmaqda günahlandırıb.

XS
SM
MD
LG