Accessibility links

Amerika müsəlmanları suallarla üzləşdiklərini deyirlər


Amerika müsəlmanları deyirlər ki, 2001-ci il sentyabrın 11-i terror hücumlarından sonra onlar cəmiyyətdə artan şübhələrlə üzləşirlər. Lakin eyni zamanda bəziləri bildirir ki, hadisədən sonra başlanmış dialoqlar yeni əlaqə vasitələri yaradıb.

Müsəlman icmasının rəhbərləri Los-Anceles şəhərində mətbuatla qörüşüb bu barədə ətraflı məlumat veriblər. Hər bir amerikalı müsəlman hücumlardan sonra suallarla üzləşib. Bu sualların bəziləri sadə, bəziləri isə kobud və hətta düşmənsayağı olur.

Müsəlman İçtimayi Əlaqələr Şurasının nümayəndəsi Ədinə Lekoviç avropalı müsəlmandır. Onun valideyinləri ABŞ-a sabiq Yugoslavianın Çernoqorya respublikasından qəliblər. Xanım Lekoviç deyir ki, 2001-ci ildən sonra onun dini onun daimi məşğuliyyətinə çevrilib. Onun sözlərinə qörə, sualların əksəriyyəti İslam və İslam davamçıları barədə yanlış təsəvvürdən irəli qəlir.

Dünən mətbuat konfransında çıxış etmiş müsəlman icmaının rəhbərlərinə xristian, yahudi, sinqh icmalarının və hüquq mühafizə aqentliklərinin rəhbəri də qoşulmuşlar. Nümayəndələrin hamısı 2001-ci il hücumlarından sonra müsəlmanlara qarşı yaranmış mənfi rəy və nifrətə qarşı çıxış etmişlər. Çıxışlarda bildirilib ki, son sorğulara əsasən hər 10 amerikalıdan 4-ü müsəlmanlara qarşı yönəlmiş hisslər keçirir. Konfransda çıxış etmiş Müsəlman İcmasının rəhbərləri deyiblər ki, yaranmış bu hisslər səthi və müvəqqətidir. Onların rəyinə görə, İslam dini Amerika həyat tərzinin tərkib bir hissəsi olacaq. Bildirilib ki, müsəlmanlara qarşı hisslər yaşayan insanlar da məsələni müzakirə etməyə hazırdırlar. 2001-ci il hücumundan sonra Amerika Müsəlmanları cəmiyyətlə danışıqlar aparmağa başlayaraq öz fikirlərini Amerika içtimayyətinə çatdırmağa çalışır.

Los Anjelesdəki müsəlmanların rəhbərləri deyiblər ki, İslam tolerant bir dindir və digər dinlərlə əlaqələr yaratmağa çalışır. 2001-ci il sentyabr 11-i hücumundan sonra bu məlumatın yayımlanmasının vacibliyi bir qədər də artıb.

XS
SM
MD
LG