Ağ evdən alınan məlumata görə, president Buş bazar ertəsi günü axşam 11 sentyabr hadisələrinin beşinci ildönümü ilə bağlı xalqa müraciət edəcək.
Bu, president Buşun son 2 həftədə başladığı terrorizm mövzusunda etdiyi müraciətlər seriyasında sonuncu nitqi olacaq.
Öz çıxışlarında cənab Buş Noyabr seçkilərindən öncə dövlətin terrorizmlə mübarizədə nailiyyətlərindən danışıb.
Prezidentin sözçüsü sonuncu müraciətin siyasi mövzuda olmayacağını bildirib. Cənab Buş bu çıxışında 11 sentyabr hadisəsinin xalq üçün nə demək olduğuna toxunacaq.
Bazar günü və bazar ertəsi president Nyu-York siti, Şanksvil, Pensilvaniya və Pentaqonda 11 sentyabr hücumlarının edildiyi yerləri ziyarət edəcək. Demokratlar isə Buşu İraq müharibəsi ilə bağlı mənfi ictimai rəydən diqqəti yayındırmaq üçün anti-terror səylərini şişirtməkdə günahlandırıb.