Accessibility links

Fransanın ilk sülhümühafizə qüvvələri Livana gəldi


Fransanın 200 nəfərdən ibarət əsgəri BMT-nin Livandakı sülhümühafizə qüvvələrinə qoşulmaq üçün bü gün Beyrut limanına gətirilib. Fransa Livana hərbi qüvvələrdən əlavə hərbi maşınlar və hava hücumu əleyhinə silahlar gətirib. Həmin regionda beynəlxalq sülhmühafizə qüvvələrinin15 min nəfər olacağı nəzərdə tutulur. Qeyd edək ki, Fransa Livandakı yeni BMT qüvvələrinə birinci və əsas həçrbi qüvvə göndərən ölkədir. Fransa Livana 2 000 əsgər göndərməyi nəzərdə tutub.

Xatırladaq ki, İsrail bu həftə Livan blokadasını götürüb. Pakistan isə Livan torpaqlarını basdırılmış minalardan təmizləmək üçün hərbi mühəndislər göndərəcəyini bildirib.

XS
SM
MD
LG