Accessibility links

Türkiyədə terror aktı – 7 nəfər həlak olub


Çərşənbə axşamı Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində 7 nəfərin ölümünə səbəb olan partlayış nəticəsində daha 10 nəfərin yaralandığı bildirilir.

Son bir ay ərzində kürd yaraqlıları tərəfindən törədilən terror aktlarının sayı çoxalıb. Terrorçu PKK bu ay baş verən digər terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu arada Türkiyə rəsmilərinin məlumatına görə, hüquq mühafizə orqanları ölkə boyu aparılan reydlər zamanı 23 militantı saxlamış və 250 kiloqram partlayıcı maddə aşkar etmişlər.

İstanbul valisi Müəmmər Güler bu gün buildirib ki, 7 Türk şəhərində yeraltı solçu qruplara qarşı aparılan əməliyyatda onlarla silah müsadirə edilib. Güler qrupun adını açıqlamayıb.

Adının çəkilməsini istəməyən polis nümayəndəsi reydlərin qadağan edilmiş Marksist-Leninist Kommunist Partiyasına qarşı aparıldığını bildirib. Rəsmilərin dediyinə görə, bu qrup Türkiyədə 76 bomba partlayışı törətmiş və bir neçə adamı öldürmüşdür. MLKP Türkiyə siyasi sistemini Kommunist rejimi ilə əvəzləmək istəyir.

XS
SM
MD
LG