Accessibility links

İran prezidenti rəsmi səfərlə Seneqaldadır


Kuba, Venesuela və BMT-nin sammitində iştirak etmək üçün Nyu Yorka səfərdən öncə İran prezidenti Mahmud Əhmədinejad bu gün Seneqala yetişib. Mahmud Əhmədinejadın bu ilin iyun ayında Tehrana səfər etmiş Seneqal prezidenti Abdulaye Vade ilə görüşəcəyi gözlənilir. Dövlət başçıları birə layihələr və iki ölkə arasında yeni investisiya qoyuluşlarını müzakirə edəcəklər.

Seneqala bir günlük səfərdən sonra İran prezidenti Bloklara qoşulmayan ölkələrin sammitində iştirak etmək üçün Havanaya, oradan da Venesuelaya yollanacaq. Mahmud Əhmədinejad gələn həftə BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edəcək.

XS
SM
MD
LG